Menyu

Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var

Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
1 dəq oxu

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Yaralılar təcili yardım avtomobili ilə Sabunçu rayon xəstəxanasına aparılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Əlaqəli Xəbərlər