Menyu

"Barselona"nın prezidenti Messinin qayıdacağı ehtimalından danışıb

Əziz Əzizli
"Barselona"nın prezidenti Messinin qayıdacağı ehtimalından danışıb
1 dəq oxu

"Barselona"nın prezidenti Xuan Laporta hücumçu Lionel Messinin futbolçu kimi kluba qayıdacağı ehtimalına münasibət bildirib.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano Laportadan sitat gətirib:

"Leo Messinin futbolçu kimi qayıtması sadəcə olaraq qeyri-realdır. Onun hazırda "İnter Mayami" ilə müqaviləsi var. Klub bu gün və gələcək üçün layihə qurur. Bu, çətindir və əgər keçmişdə yaşayırsansa, irəliləməyin mümkün deyil."

Oktyabrın 23-də "İnter Mayami" 38 yaşlı argentinalı ilə müqavilənin 2028-ci ilin dekabrına qədər uzadıldığını elan edib.

Messi 2000-ci ildən 2021-ci ilədək "Barselona"da çıxış edib. O, 778 matçda 672 qol vuraraq klubun bütün zamanların ən yaxşı bombardiri olub. "Barselona" ilə 10 dəfə İspaniya çempionluğu və 4 dəfə Çempionlar Liqasının qalibi adını qa

zanıb.

Əlaqəli Xəbərlər