Runi: "Keyn mənə gənc Kriştianonu xatırladır"
Əziz Əzizli

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Bavariya”nın hücumçusu Harri Keyni “Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib.
Operativ Media xəbər verir ki, o, Keyni ən böyük İngiltərə oyunçusu adlandırıb.
"Harri Keyn mənə "Yunayted"də oynamış gənc Kriştiano Ronaldonu xatırladır. O, bəzən çılğın zərbələr vurur və siz "nə edirsiniz?" deyə düşünürsüz? "Bunu keç" deyə bilərsiniz, amma o, yenidən cəhd edəcək. Məncə, o, indiyə qədərki ən böyük İngiltərə oyunçusudur", - deyə o, qeyd edib.
32 yaşlı Keyn bu mövsüm bütün turnirlərdə 17 matçda 23 qol vurub və 4 məhsuldar ötürmə edib.