Menyu

Əmircan qəsəbəsində işıq olmayacaq

Operativ Media
Əmircan qəsəbəsində  işıq olmayacaq

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində 21 noyabr tarixində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bu barədə Operativ Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər