Menyu

"Mançester Siti" "Nyukasl"ın müdafiəçisi ilə maraqlanır

Əziz Əzizli
"Mançester Siti" "Nyukasl"ın müdafiəçisi ilə maraqlanır

"Mançester Siti" "Nyukasl"ın müdafiəçisi Valentino Livramento ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Siti" bu qış 23 yaşlı ingilisi almağa çalışacaq. Mançester klubu nağd puldan əlavə , qapıçı Ceyms Traffordu müqaviləyə daxil etməyə hazırdır. 23 yaşlı qapıçı ilə "Nyukasl"ın maraqlandığı bildirilir.

Bu mövsüm Livramento bütün yarışlarda səkkiz oyuna çıxıb, bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.

"Transfermarkt" onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər