Lamin Yamal qazanmaq istədiyi titulları açıqlayıb
Əziz Əzizli

"Barselona"nın və İspaniya millisinin hücumçusu Lamin Yamal qazanmaq istədiyi titulları açıqlayıb.
Operativ Media "Marca"ya istinadən xəbər verir ki, gənc futbolçu Çempionlar Liqası, Dünya Kuboku və "Qızıl top"a sahib olmaq istəyir.
"Mən hamısını istəyirəm. Ümid edirəm ki, hamısını alacağam və nə qədər ki, oynaya bilirəmsə, bu, mümkündür" deyə Yamal bildirib.
Bu mövsüm ispaniyalı "Barselona"nın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Yamalın Kataloniya klubu ilə hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.