Özbəkistan və Azərbaycan arasında gənclər diplomatiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Şəfa Hüseynli
Özbəkistan Gənclər Birliyi və Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə əməkdaşlıq çərçivəsində Özbəkistan və Azərbaycan gəncləri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm konfrans təşkil edilmişdir.
Operativ Media xəbər verir ki, bu barədə "Uza.uz" məlumat yayıb.
Tədbirdə Azərbaycandan “Gənc İslahatçılar” ictimai birliyi də iştirak edib. Konfrans zamanı təhsil, mədəniyyət, innovativ təşəbbüslər, birgə layihələr, gənclər diplomatiyası sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.