Menyu

Qurban Qurbanov italiyalı jurnalistlər qarşısına çıxacaq

Operativ Media
Qurban Qurbanov italiyalı jurnalistlər qarşısına çıxacaq

"Napoli" və "Qarabağ" komandalarının baş məşqçilərinin Neapolda keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçından əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.

Operativ Media “Tutto Napoli”yə istinadən xəbər verir ki, noyabrın 24-də, saat 15:30-da "Napoli"nin baş məşqçisi Antonio Konte Dieqo Armando Maradona stadionunda mətbuat konfransı keçirəcək.

İki saat sonra "Napoli" son məşqinə başlayacaq. Qurban Qurbanov isə saat 22:00-da həmin arenada jurnalistlərlə görüşəcək və yarım saat sonra qonaqları son məşqinə aparacaq.

Hər iki məşq ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Bütün vaxtlar Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrda 25-də yuxarıda adı çəkilən stadionda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Əlaqəli Xəbərlər