Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir - MN
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
"Operativ Media" bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.
Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir.
Teqlər:
"Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir - MN"