Menyu

Palmer "Arsenal" və "Barselona" ilə oyunları buraxacaq

Əziz Əzizli
Palmer "Arsenal" və "Barselona" ilə oyunları buraxacaq

"Çelsi"nin yarımmüdafiəçi Koul Palmer ayaq barmağının sınığı səbəbilə qarşıdan gələn Çempionlar Liqası və Premyer Liqada "Barselona" və "Arsenal"a qarşı keçiriləcək matçlarda oynaya bilməyəcək.

Operativ Media xəbər verir ki, bu haqda London təmsilçisinin baş məşqçisi Enzo Mareska deyib.

"O, "Bernli" ilə matçda iştirak edə bilməyəcək. O, "Barselona" və "Arsenal"a qarşı oynamayacaq. Təəssüf ki, o, evdə qəza keçirib və barmağını sındırıb".

“Çelsi” noyabrın 22-də Premyer Liqada “Bernli”ni, noyabrın 30-da “Arsenal”ı qəbul edəcək.Komanda noyabrın 25-də Çempionlar Liqasında “Barselona” ilə qarşılaşacaq.

23 yaşlı Palmer bu mövsüm 10 matçda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2023-cü ildən "Çelsi"dədi. 2025-ci ildə Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanan komandanın iştirakçısı olub.

Əlaqəli Xəbərlər