XİN: 240 min hektardan çox ərazi minalardan təmizlənib
Operativ Media
Azərbaycanda son beş ildə 240 min hektardan çox ərazi minalardan təmizlənib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X"də yazıb.
O, Azərbaycanda 2020-ci ildən bəri 240 min hektardan çox çirklənmiş ərazinin minalardan təmizləndiyini qeyd edib:
"227 mindən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır. Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub. Qadınlar və uşaqlar itkilərin əhəmiyyətli hissəsini təşkil edir".