Menyu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

Operativ Media
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində olublar.

Operativ Media xəbər verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər