Menyu

Yasamalda baş vermiş yanğında zəhərlənənlərin son durumu açıqlanıb

Operativ Media
Yasamalda baş vermiş yanğında zəhərlənənlərin son durumu açıqlanıb
1 dəq oxu

Ötən gün Yasamal rayonu M.Seyidov küçəsində baş vermiş yanğında xəsarət aanların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Operativ Media-ya verilən məlumatad deyilir:

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Əlaqəli Xəbərlər