Menyu

İşləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığortahaqqı ödəyəcək

Operativ Media
İşləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığortahaqqı ödəyəcək

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.

Operativ Media Xezerxeber.az-ın məlumatına istinadən xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.

Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.

"Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.

Ətraflı videomaterialda:

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər