18 Oktyabr 2022, 09:10
Ruslar Nikolayevə raket zərbəsi endirib

Gecə saatlarında rus qoşunları Nikolayevə raket zərbəsi endirib, bir nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
"Nikolayev gecə saatlarında yenidən S-300 raketləri ilə atəşə tutulub. İki mərtəbəli bina vurulub. Dağıntılar altından kişi cəsədi tapılıb, axtarış-xilasetmə əməliyyatları davam edir", - Kim deyib.