Menyu

Bakıda “Fobiyaların yaranma səbəbləri və aradanqaldırılması” adlı nəzəri-praktik təlim keçirilib

Operativ Media
Bakıda “Fobiyaların yaranma səbəbləri və aradanqaldırılması” adlı nəzəri-praktik təlim keçirilib

Noyabrın 22-də “Bakı Fairmont Hotel”də Klinikpsixoloq- konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə Kazımova və Bakı Dövlət Universitetinin Sosial elmlər vəpsixologiya fakültəsinin Psixologiya ixtisasının məzunu, psixoloq Fatimə Cəfərovanın təqdimatında “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlim keçirilib.

Operativ Media xəbər verir ki, tədbiri açılış nitqi ilə Bakı Dövlət Universietinin Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Səxavət Əliyeva açıq elan edib. O, psixologiya elmi və fobiyalarla bağlı məsələlərə diqqət çəkərək bu tip tədbirlərin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb. Çıxışçılar tədbirin mahiyyətinə toxunaraq yüksək qiymətləndiriblər.

Daha sonra təlim interaktiv şəkildə davam edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər