Menyu

Azər Həşimov "Karvan-Yevlax"dan göndəriləcək

Operativ Media
Azər Həşimov "Karvan-Yevlax"dan göndəriləcək

Azərbaycan Premyer Liqasında daha bir istefa reallaşıb. 12-cu turdakı ev oyununda “Kəpəz”ə uduzaraq (1:2) sonuncu pilləyə düşən “Karvan-Yevlax” baş məşqçisi ilə vidalaşıb.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, 12 oyuna 5 xal toplanılmasını Azər Həşimova bağışlamayıblar. Mövsümün əvvəlində baş məşqçi postuna təyinat alan elitanın debütantı uğursuzluqda əsas günahkar bilinərək yola salınıb.

Klubdan əldə edilən bilgiyə görə, bölgə təmsilçisi ayrılığı bu gün rəsmən açıqlayacaq. Komandanın yeni baş məşqçisinin adına da gün ərzində aydınlıq gələcək.

Əlaqəli Xəbərlər