Menyu

Messi yeni tarixi rekorda imza atıb

Əziz Əzizli
Messi yeni tarixi rekorda imza atıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi tarixi rekorda imza atıb.

Operativ Media xəbər verir ki, 38 yaşlı argentinalı karyerasında 1300 qolun vurulmasında birbaşa iştirak edib. O, 896 qol vurub və 404 məhsuldar ötürmə edərək tarixdə bu mərhələyə çatan ilk futbolçu olub. Messi bu uğura MLS-in 1/4 finalında "Cincinnati" ilə pley-off matçında (4-0) bir qol və üç məhsuldar ötürmə ilə nail olub.

Hücumçu “Barselona”da 941, “İnter Mayami”də 117, PSJ-də 66, Argentina millisində isə 176 qolun vurulmasında iştirak edib vurub. Bunun üçün ona 1135 matç lazım olub.

Messi Olimpiya çempionu, dünya çempionu, dördqat Çempionlar Liqasının qalibi və səkkiz dəfə “Qızıl top”un qalibidir.

Əlaqəli Xəbərlər