Menyu

Azərbaycanlı hakim Çelenc Kubokuna təyinat aldı

Operativ Media
Azərbaycanlı hakim Çelenc Kubokuna təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Operativ Media xəbər verir ki, həmyerlimiz qadın voleybolçuların Çelenc Kubokunda Yunanıstanın “GS Panionios NEA SMYRNI” və Rumıniyanın “CSM Corona BRASOV” komandaları arasında keçiriləcək görüşü baş hakim kimi idarə edəcək. Matçın ikinci hakimi isə makedoniyalı Vlatka Ristovski olacaq.

Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.

Əlaqəli Xəbərlər