Vinisius qışda "Real Madrid"i tərk edə bilər

"Real Madrid"in hücumçusu Vinisius Junior qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu Madrid klubu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir və bu səbəbdən “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanının bəzi klubları onunla maraqlanıb.
Vinisius 2018-ci ildən "Real Madrid"də çıxış edir. 2025/26 mövsümündə braziliyalı bütün turnirlərdə 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Real Madrid" ilə Vinisius üçqat İspaniya çempionu, üç dəfə İspaniya kubokunun qalibi, üç dəfə İspaniya Superkubokunun qalibi və iki dəfə Çempionlar Liqasının qalibi, iki dəfə UEFA Superkubokunun qalibi və iki dəfə Klublararası Dünya Kubokunun qalibi olub.
Futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.