Menyu

Yeni ili Qarabağda keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Ayşən Sadıxzadə 5521 baxış
Yeni ili Qarabağda keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

2026-cı ilin başlanmasına təxminən bir ay qalır. Yeni ili qarşılamaq üçün insanlar müxtəlif məkanlara üz tutur: bəziləri xarici səfərlərə üstünlük verir, digərləri isə bayramı ölkə daxilində qeyd etməyi seçir.

İşğaldan azad olunmuş ərazilərdə yeni ili qarşılamaq istəyənlərin sayı da az deyil.

Bayram yaxınlaşdıqca Qarabağda fəaliyyət göstərən hotellərin qiymətləri gündəmə gəlib.

Operativ Media bayram günləri həmin hotellərin qiymətlərini araşdırıb.

Qarabağ Hotel (Şuşa)

31 dekabr giriş – 2 yanvar çıxış (2 gecə / 2 nəfər) üçün “hər şey daxil” paketlər:

  • Standard otaq – 750 AZN
  • Junior otaq – 800 AZN
  • King Suite – 950 AZN

Paketə canlı musiqi proqramı, Qala gecəsi şam yeməyi, səhər yeməkləri və 1 yanvar axşamı canlı musiqi proqramı daxildir. Əlavə çarpayı qiymətləri: böyüklər üçün 375 AZN, uşaqlar üçün 180 AZN.

Xarıbülbül Hotel (Şuşa)

Yeni il üçün qiymətlər standart tariflərlə tətbiq ediləcək. Şou proqram nəzərdə tutulmayıb.

Şuşa Hotel

31 dekabr – 2 yanvar tarixlərində 2 nəfər üçün 2 gecə standart otaq 950 AZN-dir. Qiymətə səhər yeməyi və Qala gecəsi daxildir.

Palace Hotel (Xankəndi)

31 dekabr – 1 yanvar üçün 2 nəfərlik standart otaqlar 210 və 240 AZN-dən başlayan qiymətlərlə təklif olunur. Paketdə səhər yeməyi, idman zalı və qapalı hovuz yer alır.

Bulud Hotel (Xankəndi)

Yeni il gecəsi üçün qiymətlər 240–260 AZN aralığından başlayır. Paketə səhər yeməyi, idman zalı və qapalı hovuz daxildir.

Qarabağ Hotel (Xankəndi)

Yeni il günü üçün standart tariflər 270, 370 və 470 AZN-dən başlayır. Qiymətə Qala gecəsi daxildir.

Əlaqəli Xəbərlər