Menyu

"Napoli"nin futbolçusu: "Qarabağ" keyfiyyətli komandadır

Operativ Media
"Napoli"nin futbolçusu: "Qarabağ" keyfiyyətli komandadır

"Napoli”nin futbolçusu Alessandro Buoncorno UEFA Çempionlar Liqasında sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Operativ Media xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları söyləyib:

“Möhkəm komandayıq. Sabah böyük bir oyun keçirmək üçün gücümüz və böyük inamımız var. “Atalanta” üzərində qələbə bizə böyük ruh yüksəkliyi verdi. Şübhəsiz ki, həmin oyun çox enerji tələb etdi. Lakin biz eyni zamanda çox güc topladıq. İndi həmin enerjini sabah meydana qoymalıyıq. Çünki qarşıda bizim üçün çox önəmli oyun var. Həmişə öz bacarıqlarımıza və baş məşqçinin göstərişlərinə güvənmişik. Oyuna öz dəyərimizi nümayiş etdirə biləcəyimizə tam şəkildə inanaraq hazırlaşırıq. “Qarabağ” keyfiyyətli komandadır, Çempionlar Liqasında çox yaxşı iş görür. Çətin bir oyun olacağını bilirik. Azarkeşlərimizin dəstəyi bizim üçün həlledici olacaq və əlavə güc verəcək”.

Sabah keçiriləcək “Napoli” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.

Əlaqəli Xəbərlər