Menyu

Emin Əmrullayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

Operativ Media
Emin Əmrullayev  Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rəcəbov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında elm və ali təhsil və innovasiyalar sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda, görüş çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyi arasında elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər