Qazaxıstan AZAL-ın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatları ilin sonuna kimi təqdim edəcək
Şəfa Hüseynli
Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov Aktauda Azərbaycan Hava Yollarının (AZAL) sərnişin təyyarəsi ilə bağlı baş verən qəza üzrə araşdırmanın gedişatını şərh edib.
Operativ Media xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
“Hazırda araşdırma davam edir. İlkin nəticələr üç aydan sonra tam şəkildə müvafiq komissiyaya təqdim edilib. Hazırda daha dərin araşdırma aparılır”, - Kaliakparov bildirib.
Nazir müavininin sözlərinə görə, kifayət qədər mürəkkəb araşdırma aparılır:
“Bu, mürəkkəb işdir. Tamamlandıqdan sonra, əvvəlki hesabat kimi, o da tam şəkildə mediaya açıqlanacaq. Nə vaxt açıqlanacağını deyə bilmərik. Bu, kifayət qədər ciddi məsələdir, ona görə də hazırda vaxt qrafikinə zəmanət verə bilmərəm, amma onu bu ilin sonuna qədər açıqlayacağıq”.