Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldonun bioloji yaşı 28-dir.
Operativ Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fitnes-trekerlər istehsal edən və fizioloji məlumatları təhlil edən Amerika şirkəti "Whoop" məlumat yayıb.
Ronaldo "Whoop"un paylaşımına belə cavab verib: "Məlumatlar yalan deyil", - Ronaldo "X" sosial şəbəkəsində yazıb.
Bu mövsüm Ronaldo "Əl Nəsr"in və Portuqaliya millisinin heyətində 17 oyun keçirib, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.