Menyu

Vilayət Eyvazov Gəncədə sıra baxışı keçirəcək

Operativ Media
Vilayət Eyvazov Gəncədə  sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il dekabrın 1-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq qəbulda Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30.11.2025-ci il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı isə vətəndaş qəbulundan öncə, yəni dekabrın 1-də 08:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək. 

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər