Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Operativ Media
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il, Elçin Əzizov isə 10 il müddətə azadlıqdan məhrum ediliblər.
Operativ Media bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.