Fəvvarələr meydanında baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib - VİDEO - YENİLƏNİB
Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Operativ Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.
19:12
Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib.
Operativ Media xəbər verir ki, yanğın qısa zamanda söndürülüb.
Qeyd edək ki, yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.