Maşın bazarı Ağdama köçürülür ? - VİDEO
Son günlər ölkədə avtomobil bazarının Ağdama köçürülməsi ilə bağlı müzakirələr artıb.
Operativ Media xəbər verir ki, İctimai TV mövzu ilə bağlı reportaj hazırlayaraq mütəxəssislərin fikirlərini təqdim edib.
Mütəxəssislər bildirirlər ki, Ağdamda avtomobil bazarının və geniş avtomobil infrastrukturunun yaradılmasına ehtiyac var.
Lakin hazırda Bakı avtomobil bazarının tam şəkildə Ağdama köçürülməsi real hesab edilmir.
Səbəb kimi paytaxtda alıcılıq qabiliyyətinin daha yüksək olması göstərilir.
Ekspertlər hesab edirlər ki, Ağdamda təkcə avtomobil satış meydanı deyil, həmçinin servis, ehtiyat hissələri, elektrikli nəqliyyat vasitələrinin satışı və texniki xidmət mərkəzlərini əhatə edən bütöv avtomobil infrastrukturu qurula bilər.
Bununla yanaşı, bölgədə gələcəkdə müəyyən avtomobillərin yenidən ixracı və reeksportunun təşkil edilməsi də mümkün görünür.
Daha ətraflı video-süjetdə: