Menyu

Koxalski "Napoli" ilə oyunda seyvlər etdi, siyahıda irəlilədi

Operativ Media
Koxalski "Napoli" ilə oyunda seyvlər etdi, siyahıda irəlilədi

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Matthew Kochalski) bu mövsüm komandasının ən uğurlu oyunçularından biridir.

Operativ Media QOL.az-a istinadən xəbər verir ki, 24 yaşlı polşalı futbolçu dünən gecə Çempionlar Liqasında “Napoli”yə qarşı səfər matçında (0:2) da inamlı oyunu ilə fərqlənib. O, 56-cı dəqiqədə Rasmus Heylunun vurduğu penaltini qaytara bilib. Ümumən isə Koxalsli “Napoli” ilə görüşdə düz 8 dəfə seyv edib.

Bu əla göstərici sayəsində Mateus UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki seyvlərinin sayını 17-ə çatdırıb. Bu nəticə ilə o, yarışda ən çox seyv qapıçıları siyahısında 11-ci yürə yüksəlib.

UEFA-nın statistik hesabatına əsasən ilk 11-lik isə belədir:

1. Nikita Haykin (“Bodo”/“Glimt”) - 31 seyv

2. Xeronimo Rulyi (“Olimpik”) - 29

3. Tibo Kurtua (“Real”) - 22

4. Nik Poup (“Nyukasl”) - 21

5. Neofitos Mixail (“Pafos”) - 20

6. Marko Karnesekki (“Atalanta”) - 18

7. Mark Flekken (“Bayer”) - 18

8. Nordin Yakers (“Brügge”) - 18

9. Vanya-Milinkoviç Saviç (“Napoli”) - 18

10. Anatoli Trubin (“Benfika”) - 18

11. Mateuş Koxalski (“Qarabağ”) - 17

Əlaqəli Xəbərlər