Menyu

Ezamiyyə xərcləri necə hesablanır? - İZAH

Ayşən Sadıxzadə
Ezamiyyə xərcləri necə hesablanır? - İZAH

Ezamiyyə xərcləri əməkdaşların xidməti tapşırıqların yerinə yetirilməsi üçün əsas iş yerindən kənarda müvəqqəti olaraq işləmələri zamanı yaranan məsrəfləri ifadə edir. Bu xərclərə yol və yaşayış xərclərindən tutmuş gündəlik normalar, nəqliyyat, yeyinti və digər zəruri istifadə haqları daxildir. Müasir idarəetmədə ezamiyyə xərclərinin düzgün hesablanması, sənədləşdirilməsi və ödənilməsi həm şirkətlərin maliyyə intizamının qorunması, həm də əməkdaşların hüquqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, müxtəlif ölkələrdə, eləcə də Azərbaycanda ezamiyyə qaydaları və ödəniş normaları qanunvericiliklə tənzimlənir və təşkilatlar tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Amid Əsgərov deyib. 

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmişdir.

O bildirib ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir:

“Həmçinin ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər yəni - yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər daxildir.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər”.

Əlaqəli Xəbərlər