"Qarabağ"ın qapıçısı: “Bir xal, hətta üç xal da qazanmaq mümkün idi”
Əziz Əzizli

"Qarabağ"ın polşalı qapıçısı “Napoli” ilə keçirilən UEFA Çempionlar Liqasının V tur matçından sonra İTV-yə açıqlama verib.
Operativ Media xəbər verir ki, O, komandanın yaxşı oyun sərgilədiyini, xüsusilə ilk hissədə üstün göründüyünü bildirib.
Futbolçu ikinci hissədə tam köklənə bilmədiklərini qeyd edərək deyib:
“Düşünürəm ki, yaxşı oyun keçirdik. Birinci hissədə daha yaxşı idik. İkinci hissədə isə oyuna tam köklənə bilmədik. Bu gün mənim yaxşı seyv etməyim və penalti qaytarmam önəmli deyildi. Çünki mənim üçün əsas olan komandadır, komanda oyunudur. Təəssüf ki, bu gün alınmadı. Bu oyundan bir xal, hətta üç xal da qazanmaq mümkün idi. Uduzduğumuz üçün məyusam. Buna baxmayaraq, ümid edirəm ki, növbəti oyunda daha yaxşı çıxış edəcəyik.”