Toral Bayramov: "İkinci hissə mənasız qollar buraxdıq"

“Qarabağ”ın futbolçusu Toral Bayramov “Napoli” ilə keçirilən UEFA Çempionlar Liqasının V tur matçından sonra İTV-yə açıqlama verib.
Operativ Media xəbər verir ki, o, komandanın oyuna yaxşı hazırlaşdığını və ilk hissədə planlaşdırılan oyunu sərgilədiklərini bildirib.
Futbolçu ikinci hissədə buraxılan qolların matçın taleyinə təsir etdiyini vurğulayıb:
“Çətin səfər idi. Oyuna əslində yaxşı hazırlaşmışdıq və pis də başlamamışdıq. İlk hissə istədiyimiz kimi alındı. İkinci hissədə isə deməzdim ki, nəsə çatışmadı, sadəcə mənasız qollar buraxdıq. Öz adıma təəssüflənirəm. "Napoli" kimi komandaya qarşı 2:0 geri düşdükdən sonra oyunu çevirmək bizim üçün çətin oldu. Qarşıdakı oyuna hazırlaşacağıq. Çalışacağıq ki, bu məğlubiyyəti yaddan çıxaraq, "Ayaks"la oyuna köklənib xal qazanaraq yolumuza davam edək.”