I Liqa: "Mingəçevir" evdə məğlub oldu

Azərbaycan I Liqasında 9-cu tur başlayıb.
Operativ Media xəbər verir ki, birinci dövrənin son turu iki oyunla start götürüb.
“Mingəçevir” doğma meydanda “Baku Sportinq”i sınağa çəkib. Ramiz Məmmədovun baş məşqçisi olduğu bölgə təmsilçisi bakılılarla dueldə hesabda önə keçsə də, uduzub. Oyunun gedişində azlıqda qalan "Mingəçevir" matçı xalsız tərk edib. Nəticədə "Baku Sportinq" "Mingəçevir"lə xallarını eyniləşdirib.
Günə “Şimal” – “Zaqatala” matçı ilə yekun vurulub. Qonaqlar autsayderlə görüşdə böyük hesablı qalibiyyət əldə ediblər. Beləliklə, Rüstəm Məmmədovun baş məşqçisi olduğu "Zaqatala" da xallarını 16-ya çatdırıb.
Qeyd edək ki, turun “Difai” – MOİK, “Şahdağ Qusar” – “Şəfa” və “Səbail” – “Cəbrayıl” görüşləri sabah keçiriləcək.
Azərbaycan I Liqası
IX tur
26 noyabr
“Mingəçevir” – “Baku Sportinq” 1:2
Qollar: X.Muradov, 4 - İ.Allahverdiyev, 78. X.Məmmədli, 84.
“Şimal” – “Zaqatala” 0:4
Qollar: C.Kərimov, 7; 38. R.İsmayılov, 56. M.Lumbu Freddi, 72.