Menyu

Azərbaycan millisi beynəlxalq turnirdəki ilk oyununda məğlub oldu

Operativ Media
Azərbaycan millisi beynəlxalq turnirdəki ilk oyununda məğlub oldu
1 dəq oxu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində ilk oyununu keçirib.

Operativ Media xəbər verir ki, yığma Böyük Britaniya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 32:27 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.

Əlaqəli Xəbərlər