Menyu

Goranboyda qəzalı bina uçub

Operativ Media
Goranboyda qəzalı bina uçub

Goranboy rayonun Çəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən beş mərtəbəli 60 mənzilli binanın bu gün axşam saatlarında bir hissəsi uçub.

Operativ Media xəbər verir ki, buna səbəb isə bir neçə gün bundan öncə adıçəkilən binanın ikinci bloku, birinci mərtəbəsində dayaq panelin sıradan çıxmasıdır.

Binanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq təxminən 60 mənzilin sakini tam təxliyə olunub.

Bu səbəbdən də binada yaşayış olmadığı üçün təlafat qeydə alınmayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) və digər güc strukturları cəlb olunub.

Əlaqəli Xəbərlər