Tovuz şəhər stadionu "Neftçi" ilə oyuna hazır olacaq? - AÇIQLAMA
Əziz Əzizli
Yenicə təmirdən çıxmış Tovuz şəhər stadionunun ot örtüyü "Şamaxı" ilə oyundan sonra yararsız vəziyyətə düşmüşdü. Meydançanın "Neftçi" ilə oyuna kimi hazır vəziyyətə gətiriləcəyi sual altında idi.
Bu haqda Operativ Media-ya "Turan Tovuz" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev açıqlama verib.
O, meydançanın oyuna kimi hazır vəziyyətə gətiriləcəyini bildirib.
"Ötən oyun bitdikdən dərhal sonra meydançaya qulluq prosesinə başlanmışdı. Xüsusi texnika da prosesə cəlb olunub. Meydança oyuna tam hazır olacaq", - deyə o qeyd edib
Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçı noyabrın 28-də baş tutacaq.