Menyu

MİDA-dan mənzil almaq üçün tələblər nələrdir? - İZAH

Ayşən Sadıxzadə 6401 baxış
MİDA-dan mənzil almaq üçün tələblər nələrdir? - İZAH

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan güzəştli mənzil mexanizmi müəyyən sosial kateqoriyalara aid olan şəxslərin əlverişli şərtlərlə mənzil əldə etməsini təmin edir. Bu kateqoriyaya daxil olmaq üçün vətəndaşlardan müvafiq sənədlər tələb olunur və proses mərhələli şəkildə həyata keçirilir.

Bu barədə Operativ Media-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə danışıb.

Ekspert prosesin mərhələlərini belə izah edib:

Güzəştli mənzil hüququ olan əsas qruplar:

  • 35 yaşadək gənc ailələr (nikah haqqında şəhadətnamə və hər iki şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur),
  • Şəhid ailələri və şəhid övladları (şəhid statusunu təsdiq edən sənəd tələb olunur),
  • Vətən müharibəsi qaziləri və milli qəhrəmanlar (statusu təsdiq edən rəsmi sənəd əsasında),
  • Məcburi köçkün statusu olan şəxslər və onlara bərabər tutulanlar,
  • Dövlət qulluğunda ən azı 3 il çalışmış şəxslər,
  • Ümumtəhsil müəssisələrində ən azı 3 il müəllim işləyən pedaqoji heyət,
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər,
  • İdman sahəsində xüsusi xidmətləri olan idmançılar,
  • KİV sahəsində ən azı 5 il fasiləsiz fəaliyyət göstərən jurnalistlər.

Müraciət üçün tələb olunan əsas sənədlər:

  • Şəxsiyyət vəsiqəsi,
  • Ailə tərkibi haqqında arayış,
  • Ailə üzvlərinin ümumi gəlirləri barədə arayış,
  • Gənc ailələr üçün: nikah haqqında şəhadətnamə,
  • Şəhid ailələri üçün: şəhid statusunu təsdiq edən sənəd,
  • Dövlət qulluğu, müəllimlik və ya jurnalistika sahəsində fəaliyyət müddətini təsdiqləyən arayış,
  • Fəlsəfə doktoru elmi dərəcəsi haqqında diplom,
  • İdman nailiyyətlərini təsdiqləyən rəsmi sənədlər.

Tələb olunan sənədlərin tam siyahısı müraciətçinin aid olduğu kateqoriyaya görə müəyyən edilir.

MİDA-dan mənzil almağın mərhələli prosesi:

  1. Elektron kabinetin yaradılması:
  2. Vətəndaş “Güzəştli mənzil” portalında Asan İmza vasitəsilə elektron kabinet yaratmalıdır.
  3. Elektron müraciət:
  4. Portal üzərindən müraciət təqdim olunur və müraciətçinin uyğun kateqoriyaya aid olub-olmadığı yoxlanılır.
  5. MİDA-nın satış elanını gözləmək:
  6. MİDA layihə üzrə satış prosesinə başladıqda rəsmi elan dərc edir. Vətəndaş sistem üzərindən layihə məlumatlarını, mənzillərin qiymətlərini və seçim tarixlərini izləyə bilir.
  7. Mənzilin seçilməsi:
  8. Vətəndaş elektron sistem üzərindən özünə uyğun mənzili seçir.
  9. Banka yönləndirmə və sənədləşmə:
  10. Mənzil seçildikdən sonra müraciətçi müvafiq banka yönləndirilir. Bank mərhələli ödəniş və ya ipoteka mexanizminə uyğun olaraq əlavə sənədləri tələb edir.
  11. Müqavilənin rəsmiləşdirilməsi:
  12. Son mərhələdə mənzil satışı ilə bağlı müqavilə bağlanır və proses rəsmiləşdirilir.

Digər güzəşt kateqoriyalarına aid şəxslər:

Bəzi xüsusi qruplar – məsələn, 15 il fasiləsiz çalışan jurnalist və müəllimlər və ya hərbi xidmət üzrə müəyyən kateqoriyalara aid olan şəxslər də MİDA layihələrindən əlavə üstün şərtlərlə yararlana bilirlər. Bu şəxslərin müraciət qaydası da eyni elektron sistem üzərindən həyata keçirilir.

Əlaqəli Xəbərlər