Menyu

UEFA "Qarabağ"ı 5000 avro cərimələdi

Operativ Media
UEFA "Qarabağ"ı 5000 avro cərimələdi

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Operativ Media xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda evdə "Çelsi" ilə keçirilən oyun zamanı azarkeşlərinin davranışı olub.

"Köhlən atlar"ın tərəfdarları rəqibin futbolçusuna qarşı irqçilik edib. UEFA buna görə "Qarabağ"ı 5000 avro məbləğində cərimələyib.

Kluba həmçinin növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası verilib. "Qarabağ" azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlər edərlərsə, cəza qüvvəyə minəcək. (Teleqraf)

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər