Ana səhifə / İdman / Basketbol üzrə Azərbaycan millisi seçmə mərhələdə ilk oyununda məğlub oldu Basketbol üzrə Azərbaycan millisi seçmə mərhələdə ilk oyununda məğlub oldu 27.11.2025, 23:59 Operativ Media Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.Operativ Media xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə Şimali Makedoniya komandası ilə qarşılaşıb.Skopyedə təşkil olunan görüş rəqibin 87:49 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu noyabrın 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək.