Şri-Lankada torpaq sürüşmələri və daşqınlar 47 nəfərin həyatına son qoyub
Şəfa Hüseynli
Şri-Lankada təbii fəlakətlər nəticəsində 47 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Şri-Lanka Fəlakətlərin İdarə Olunması Mərkəzi verdiyi açıqlamada ölkədə ötən həftədən bəri davam edən leysan yağışların insan tələfatı ilə nəticələndiyini bildirib.
Dağlıq ərazilərdə qayaların, ağacların relslərə düşməsi səbəbindən bəzi qatarların hərəkətini dayandırdığını, bəzi xətlərin su altında qaldığını bildirib.