Menyu

Bəxtiyar Məmmədov: “Dərnəgül”də metro deposu ilə avtomobil yolu əlaqələndiriləcək

Operativ Media
Bəxtiyar Məmmədov: “Dərnəgül”də metro deposu ilə avtomobil yolu əlaqələndiriləcək

“Dərnəgül” deposu ərazisində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına uyğun olaraq avtomobil və piyada ötürücü tunelinin inşası açıq üsulla aparılır.

Bunu Operativ Media-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, “Dərnəgül”də metro deposu ilə avtomobil yol infrastrukturu əlaqələndiriləcək.

““Dərnəgül” elektrik deposu ərazisində tunellərdə yol infrastrukturu üzrə əsas işlər artıq tamamlanıb, hazırda yol infrastrukturuna daxil olan digər texniki elementlər üzərində işlər aparılır. Eyni zamanda, qatarların təmiri, dayanması və baxışı üçün nəzərdə tutulan sahənin inşası üzrə işləri aparılır”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər