Menyu

Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Operativ Media
Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 28 noyabr tarixində 35 kV-luq "Lerik-1" və "Lerik-2" hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə  "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər