Ana səhifə / İdman / Arsenal", "Barselona" və "Liverpul" "Leypsiq"in yarımmüdafiəçisi ilə maraqlanır Arsenal", "Barselona" və "Liverpul" "Leypsiq"in yarımmüdafiəçisi ilə maraqlanır 28.11.2025, 11:32 Əziz Əzizli "Arsenal", "Barselona" və "Liverpul"dan olan skautlar "Leypsiq"in yarımmüdafiəçisi Assane Ouedraoqonu izləməyə başlayıblar.Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.Mənbənin məlumatına görə, 19 yaşlı almanla "Bavariya", "Borussiya Dortmund", "Çelsi" və "Mançester Yunayted" də maraqlanır.Yarımmüdafiəçinin potensial transfer qiyməti 100 milyon avro civarında qiymətləndirilir. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.Ouedraoqo hazırda sol bud nahiyəsindən zədəsini sağaldır. 2025/26 mövsümündə 12 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib."Transfermarkt" futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirir.