Menyu

Azərbaycan millisinin oyunu təxirə salındı

Operativ Media
Azərbaycan millisinin oyunu təxirə salındı
1 dəq oxu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

Əlaqəli Xəbərlər