Menyu

İran 2026-cı il Dünya Çempionatının püşkatmasını boykot edib - SƏBƏB

Əziz Əzizli
İran 2026-cı il Dünya Çempionatının püşkatmasını boykot edib - SƏBƏB

İran Futbol Federasiyası 2026-cı il dünya çempionatının püşkatma mərasimini boykot etmək qərarına gəlib.

Operativ Media “Al Arabiya”ya istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin İranın nümayəndə heyətinin bir neçə üzvünə viza verməkdən imtina etməsidir.

"Biz FİFA-ya məlumat vermişik ki, qəbul edilən qərarlar idmanla bağlı deyil və İran nümayəndə heyətinin üzvləri Dünya Çempionatının püşkatma mərasimində iştirak etməyəcək", - İran Futbol Federasiyasının nümayəndəsi bildirib.

2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək.

İran millisi Asiya seçmə turnirinin E qrupunda birinci yeri tutaraq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Komanda FİFA reytinqində 20-ci yerdədir və qarşıdan gələn Dünya Çempionatının qrup mərhələsinin püşkatmasında 2-ci səbətdə yer alıb.

Əlaqəli Xəbərlər