Menyu

Azərbaycanla Misir arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Operativ Media
Azərbaycanla Misir arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyininİdarə Heyətinin sədri Vüqar Süleymanov Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüş keçirib.

ANAMA-dan Operativ Media-ya verilən məlumata görə, görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib. 

Görüş zamanı mina təhlükəsi ilə mübarizə istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi, o cümlədən həmin ölkə tərəfindən bu sahədə dəstək göstərilməsi imkanları müzakirə edilib. 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər