Menyu

Bu gün Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq

Operativ Media
Bu gün Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq

Bu gün Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

Operativ Media xəbər verir ki, yarışın ikinci günündə Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq.

O, 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münaqsibətlərinə aydınlıq gətirəcək.

Turnirin final bloku Bakı vaxtı ilə saat 17:00-dan etibarən başlayır.

Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar.

Əlaqəli Xəbərlər