Menyu

MPK nümayəndə heyəti özbəkistanlı həmkarları ilə əməkdaşlığı müzakirə ediblər - Fotolar

Operativ Media
MPK nümayəndə heyəti özbəkistanlı həmkarları ilə əməkdaşlığı müzakirə ediblər - Fotolar

Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub.

Operativ Media xəbər verir ki, səfər çərçivəsində MPK-nın baş katibi Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toshmatov və sədrin müşaviri Mardonbek Davronov ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, səfərin ilk günündə ARMPK-nın nümayəndə heyəti Daşkənd şəhərində yeni inşa edilmiş Olimpiya və Paralimpiya şəhərciyi ilə tanış olublar.

Fotogalereya

Əlaqəli Xəbərlər