"Qarabağ"ın Çempionlar liqasında qazandığı məbləğ bəlli oldu
Operativ Media
"Qarabağ" FK bu mövsüm Çempionlar Liqasında 30 milyon avro (təxminən 59 milyon manat) qazanıb.
Operativ Media xəbər verir ki, bu, Çempionlar Liqasının əsas mərhələsində iştirak edən 36 komanda arasında yalnız 33-cü ən yaxşı nəticədir. Ağdam komandası “Union” (Belçika), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan) komandalarını qabaqlayıb.
Çempionlar Liqasının hazırkı qalibi PSJ 73 milyon 200 min avro (təxminən 144 milyon manat) ilə turnir cədvəlinə başçılıq edir.